Prezident gənclərə müraciət etdi

13 Aprel 2018 15:16

Hazırda yürüdülən siyasət Azərbaycanı xoşbəxt gələcəyə aparacaq. Prezident İlham Əliyev 11 aprel seçkilərində inamlı qələbə qazanması münasibətilə Bakıda təşkil olunan konsert proqramında deyib ki, biz hamımız bundan sonra da ölkəmizin gücləndirilməsi üçün çalışmalıyıq. Yolumuz müstəqillik yoludur. Heç bir kənar qüvvə bizi yolumuzdan döndərə bilməz - deyən ölkə başçısı bu yolun Azərbaycan xalqının şüurlu seçimi olduğunu bildirib. Prezident İlham Əliyev çıxışında Azərbaycan gənclərinə də müraciət edib.