İcbari Tibbi Sığorta bəzi vətəndaşlar üçün pulsuz olacaq - VİDEO



Azərbaycanda ölkə əhalisinin 45 faizini təşkil edən uşaqlar, tələbələr, pensiyaçılar, sosial müavinət və ünvanlı sosial yardım alan şəxslər üçün icbari sığorta haqqının dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulub.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev məlumat verib.

O, hazırda İTS-in baza zərfinə 1829 adda tibbi xidmətin daxil olduğunu bildirib
.

ARB 24



15 May 2019 12:14