Qaranlıqda hərəkət edən TƏHLÜKƏ...

05 Aprel 2018 15:16

Söhbət yollarda sərbəst şəkildə şütüyən faraları nasaz və ya ümumiyyətlə işləməyən avtomobillərdən gedir. Özlərinin və ya digərlərinin təhlükəsizliyini düşünməyən bu maşınların sürücüləri sözün əsl mənasında zülmət qaranlıqda digərlərinin də işığını söndürür. Təbii ki, faraları nasaz vəziyyətdə olan nəqliyyat vasitələri günün ikinci yarısında digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradır. Əslində bəzi sürücülərin qlobal problemə çevirdiyi nasaz fanar problemini həll etmək o qədər də çətin məsələ deyil. Bundan sonra isə yolüstü maşın təmiri sexlərinə baş çəkmək  lazımdır. Ömrünün 25 ilini avtomobillərin elektrik işlərinə həsr edən Elxan usta  isə bu problemin öhdəsindən demək olar ki, gözüyumulu gəlir Mütəxəssisə məsləhət edilmədən kortəbii şəkildə quraşdırılan lanpalar da əsl təhlükə mənbəyidir. Mövcud  Problemlə bağlı mütəxəssilər də həyacan təbili çalır. Bu tələbə hər bir sürücü əməl etməlidir və onu pozmağa heç bir sükan sahibinin haqqı çatmır. Ekspert bildirir ki, ön və ya arxa işıqları nasaz olan hər hansı bir nəqliyat vasitəsinin sürücüsü problemi həll etmədən yola çıxarsa və bu  hal qızanın  baş verməsinə səbəb olarsa dərhal həmin sürücü haqqında cinayət işi açılmalıdır. Bir sözlə,  hörmətli sürücülər, vaxtında deyilənlərə riyayət edin ki,  kiminsə  işığı sönməsin. Çünki  onu sonradan heç nə ilə bərpa etmək  mümkün deyil.


GÜNDÜZ MƏMMƏDOV