Dalandar da piyadadır !

03 Aprel 2018 10:40

Sərvinaz Məhərrəmova 25 ildir ki, bu işdə çalışır. O, hər gün Bakının Hüseyn Cavid prospektində insanların yol boyu atdığı məişət tullantılarını təmizləyir. Səhər saatlarından işə başlayan qəhrəmanım baş verə biləcək qəzalardan qorunmaq üçün ehtiyatını əldən vermir. Mütəxəssislər isə bildirirlər ki, qanunla hərəkət sürətinin yüksək olduğu yerlərdə piyadanın olması və onların yolu keçməsi ümumiyyətlə qadağandır. Əgər belə yollarda piyadanın olması lazım gələrsə, mütləq təhlükəsizlik tədbirləri görülməlidir. Yolların təmizlənməsində insan əməyindən daha çox körpülərdə isifadə olunur. Çünki həmin ərazilərin texnika ilə təmizlənməsi mümkün deyil. Belə olan halda həmin yollarda hərəkət məhdudlaşdırılmalı, 150 metr arxadan xüsusi xəbərdarlıq nişanları qoyulmalıdır. İnsanların zibili yola atması da mənzil istismar sahəsi əməkdaşlarının işini çətinləşdirir. Buna görə də Qəhrəmanim Sərvinaz Məhərrəmova sakinləri qayda- qanunlara əməl etməyə çağırır. Qanunla yerə zibil atan piyadaları 30, sürücüləri isə 40 manat cərimə gözləyir. Amma bu məsələdə təkcə cərimə işə yaramır, insanların mədəniyyəti də buna yol verməməlidir.


SAMİR NAMİQOĞLU