Zakir Həsənov Türkiyə prezidenti ilə görüşdü

29 Mart 2018 18:08

Ankarada rəsmi səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Söhbət zamanı regional təhlükəsizlik, Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələrin əsas istiqamətləri, hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, birgə təlimlərin keçirilməsi, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər müzakirə olunub.


Türkiyəli həmkarı Nurəddin Canikli ilə əvvəlcə təkbətək sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşdə vurğulanıb ki, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq ikitərəfli əsasda və NATO tərəfindən həyata keçirilən proqramlar çərçivəsində aparılır. Qeyd olunub ki, dostluq və qardaşlıq münasibətləri üzərində qurulan Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı daim inkişaf edir.