ABŞ Dağlıq Qarabağda yaradılan rejimi tanımır

28 Mart 2018 15:08

"ABŞ Dağlıq Qarabağda yaradılmış de-fakto rejimi tanımır". Bunu BŞ Dövlət Departamentindən Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərində yaradılan qondarma rejimin dırnaqarası rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın bu yaxınlarda Birləşmiş Ştatlara səfərini şərh edərkən deyiblər. Qeyd olunub ki, Dövlət Departamentinə bu ayın əvvəlində Konqres nümayəndələrinin Dağlıq Qarabağdan gələn şəxslərlə görüşdüyü məlumdur. "ABŞ, həmçinin Ermənistan daxil olmaqla heç bir ölkə Dağlıq Qarabağda yaradılan de-fakto rejimi tanımır. Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətini dəstəkləyir və münaqişənin ərazi bütövlüyü çərçivəsində, güc tətbiq edilməməsi, bərabər hüquqluluq və xalqların öz müqəddəratını təyinetmə hüququ haqqında Helsinki Yekun Aktının prinsipləri əsasında danışıqlar yolu ilə nizamlanması üzrə işi davam etdirəcək" deyə sənəddə qeyd olunur.