Dördtərəfli görüş paytaxtda olacaq

13 Mart 2018 14:31

Martın 15-də Azərbaycan, Türkiyə, İran və Gürcüstanın xarici işlər nazirləri Bakıda görüşəcəklər. Azərbaycan Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə keçiriləcək dördtərəfli görüşdə siyasi və iqtisadi məsələlər, regional əməkdaşlığın hərtərəfli inkişafı müzakirə olunacaq.