Şimal rayonlara qar yağır

12 Mart 2018 12:36

Martın 12-si gecə saatlarından Azərbaycanın şimal rayonlarında qar yağmağa başlayıb. Quba və Qusarın dağlıq ərazilərində qarın hündürlüyü 2-7 santimetrə çatır. Ən çox yağıntı Qubanın Qırız kəndində qeydə alınıb. Temperatur - 6 dərəcəyədək düşüb. Hazırda qar Quba, Qusar və Xaçmaz rayonları ərazisinə yağmaqda davam edir.