Azərbaycanlı alimin uğuru

10 Mart 2018 17:38

Gürcüstanın paytaxtı Tbilisidə iqdisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayevanın "Loyallıq fazaları" adlı kitabının təqdimatı keçirlib. Nəşr Azərbaycan və Gürcüstanda xidmət sferasında müştəri məmnunluğundan bəhs edir. Bildirilib ki,  müəllifin məqalələri dünyanın bir çox nüfuzlu qəzet və jurnallarında dərc olunub. Gürcüstanda isə bu sferada yazılan nəşrlər azlıq təşkil edir. İngilis dilində dərc olunan kitabın Azərbaycan, Gürcüstan və digər ölkələrin ali təhsil məktəblərinə paylanılması nəzərdə tutulur.


AZƏR MƏMMƏDOV