Bu yola da əl atan sürücülər var..."Get, işinlə məşğul ol!"

10 Mart 2018 10:15

Avtomobilə  əyləşir, sonra mühərriki işə salır və necə gəldi yoluna davam edir. Söhbət 4 təkəri hərəkətə gətirən hansısa mexaniki qurğudan yox,   qaydaları  pozan sürücülərdən, daha dəqiq desək, yollarda təhlükə yaradan sükan sahiblərindən gedir. İlk baxışda belə təəssürat yaranır ki, bu sürücülər yalnız vaxtın dəyərini bilirlər. Özlərinin və başqalarının həyatının isə onlar üçün heç bir qiyməti yoxdur. Lakin heç də hər kəs etdiyi səhvin fərqinə varmır. Belə ki, aktyorluq qabiliyyətini işə salıb rola girənlərə də rast gəlmək olmur. Sanki bununla onlar nəyəsə nail olacaqlarını düşünürlər. Yol polisi isə qaydalara məhəl qoymayan sürücülərə qarşı mübarizəni daha da sərtləşdirir. Tovuz şəhərində bu ilin fevral ayı ərzində 230 sürücü barəsində inzibati protokol tərtib olunub. Bundan başqa... Təbii ki, bir sürücü üçün sükanın əldən çıxması heç də arzuolunan hal deyil. Amma qanun qanundur. Pozuntu varsa, demək cəzası da var.  Siz isə hörmətli sürücülər, çalışın cəzalandırılanlardan olmayasınız.


GÜNDÜZ MƏMMƏDOV