Prezident Brüsseldə Azərbaycan Səfirliyinin yeni binasının açılışını edib - VİDEO



Prezident İlham Əliyev Azərbaycanın Belçikadakı Səfirliyinin yeni binasının açılışında iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, Brüsselin Tervuren prospektində yerləşən bina 2014-cü ildə alınaraq əsaslı təmir edilib, fasadı yenilənib.

Bina Avropa təsisatlarına çox yaxın məsafədə, Parmentier parkının yaxınlığında, çoxsaylı diplomatik missiyaların yerləşdiyi prospektdədir.

Giriş dövlət rəmzləri ilə bəzədilib. Burada dünyanın müxtəlif şəhərlərinin məşhur muzeylərində saxlanılan Azərbaycan xalçalarının fotoları var.

Qeyd edək ki, Prezident İlham Əliyevin Belçikaya işgüzar səfəri
artıq başa çatıb.

ARB 24


15 May 2019 08:40