Çörək sexində partlayış: xəsarət alanlar var

19 Fevral 2018 14:46

Abşeronda çörək sexində güclü partlayış olub. Hadisə Saray qəsəbəsində Natiq Əmrahova məxsus obyektdə baş verib. Nəticədə sexdə olan 3 nəfər – 46 yaşlı Natiq, 51yaşlı Qızılgül və 34 yaşlı Elmira Əmrahovlar ağır yanıq xəsarətləri alıblar. Yaralılar dərhal Sumqayıtdakı şəhər xəsətxanasına çatdırılıblar. Onlardan ikisinin vəziyyəti ağır olduğundan paytaxta göndərilib. Məlumata görə, Natiq Əmrahov səhər işə gələrkən sexin işığını yandırıb və nəticədə güclü partlayış qeydə alınıb. Hadisəyə qaz sızamsının səbəb olduğu güman edilir. Faktla bağlı araşdırma aparılır.