Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək

17 Fevral 2018 14:20

Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, tədbirlərdə faciə qurbanlarının ailə üzvləri, hadisələrin iştirakçıları ilə şəxsi heyətin görüşlərinin təşkili, həmçinin Vətənin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verənlərin xatirəsinə ucaldılan abidələrin ziyarət olunması planlaşdırılıb. Bundan əlavə, Müdafiə Nazirliyinin tabeliyində olan bütün birlik, birləşmə, hərbi hissələrində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.