Otaq yoldaşının əşyalarını oğurlayıb qaçdı

14 Fevral 2018 17:56

Paytaxtın Nəsimi rayonu Feyruz Qasımzadə küçəsi 14 ünvanındakı həyət evlərindən birində oğurluq hadisəsi baş verib. Zərərçəkən Orxan Mikayılovun sözlərinə görə, 10 gün əvvəl otaq yoldaşlarından biri evdən çıxıb. Bu səbəbdən yeni yoldaş tapmaq üçün elan saytlarından birində məlumat yazıblar. Həmin gün özünü Elnur kimi təqdim edən, sonradan isə adının Elvin olduğunu bildikləri şəxslə görüşüb mənzilə gətiriblər. O, bildirib ki, işlədiyi yanacaqdoldurma məntəqəsindən əməkhaqqını ayın 15-də alacaq və ödənişi də elə həmin gün edəcək. Üç gün qaldıqdan sonra isə evdəki bütün əşyaları oğurlayaraq qaçıb. Bakının Yasamal rayonunda evə basqın olub. 56 yaşlı Reyhan Novruzovanın evinə daxil olan naməlum şəxslər qadını bıçaqla hədələyərək pul tələb ediblər. Naməlum şəxslər Reyhan Novruzovaya xəsarət yetirərək 10 min manatlıq qızıl-zinət əşyaları götürərək evi tərk ediblər. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.