Çağırışçılar xüsusi ixtisaslarla hazırlanır

13 Fevral 2018 17:11

Bu gün Azərbaycanda yaşından, cinsindən aslı olmayaraq hər bir kəs işğalda olan torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşib. Vətənin keşiyində durmaq, düşmənə göz dağı vermək üçün neçə-neçə Mübarizlərimiz hərbi xidmətə yola düşəcəyi günü səbirsizliklə gözləyir. Birinci Qarabağ döyüşlərində iştirak edən və hazırda ehtiyatda olan hərbçilərimiz də gənc nəsildən geri qalmır. Onlar hər an hərbi xidmətə yola düşməyə hazırdırlar. Çünki yarım qalan işlərini zəfərlə başa vurmaq istəyirlər. Fevralın 14-ü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 6-cı il dönümüdür. Toplantı iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Daha sonra Şəhidlər Xiyabanında azadlığımız uğrunda canlarından keçən oğul və qızlarımızın xatirəsinə ehtiramlarını bildiriblər. Heydər Əliyev Mərkəzində təşkil olunan mərasimdə qeyd olunub ki, Azərbaycanda ordu quruculuğu yeni mərhələyə qədəm qoyub və çağırışçılar xüsusi ixtisaslarla hazırlanırlar. Sonda hazırlıq kurslarında fəal iştirak edən və fərqlənən bir qrup gəncə və ehtiyatda olan zabitlərə diplom və sertifikat təqdim olunub.


GÜNDÜZ MƏMMƏDOV