İclasda nələr müzakirə olunacaq?

13 Fevral 2018 09:15

Avronest Parlament Assambleyasına üzv ölkələrin nümayəndə heyətləri Gürcüstanda bir araya gəliblər. Avronest Parlament Assambleyasının komitə iclasında müzakirə olunacaq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.  Komitə iclasında Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Muxtar Babayev enerji efketivliyi barədə məruzə ilə çıxış edəcək. 12-13 fevral tarixində Tbilisidə Avronest PA-nın Siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin iclası keçirilir. Toplantı çərçivəsində Milli Məclisin və Gürcüstan parlamentinin gənclər və idman komitələrinin sədrləri arasında görüş keçiriləcək, əməkdaşlıq memorandumu imzalanacaq.


AZƏR MƏMMƏDOV