“Din və ictimai həyat”

13 Fevral 2018 09:03

“Azərbaycandakı tolerantlıq, multikulturalizm siyasəti, dövlət-din və din-cəmiyyət münasibətləri beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir”. Bu fikirləri Tbilisidə keçirilən “Din və ictimai həyat” beynəlxalq konfransında səsləndirilib. Gürcüstanda tolerantlığın tarixi ənənəsi qorunub saxlanır deyən ölkənin baş naziri Giorgi Kvirikaşvili əlavə edib ki, bu sahədə kilsə və patriarx ikinci İlyanın xidmətləri böyükdür. Gürcüstan prezidenti Giorgi Marqvelaşvili isə diqqətə çatdırıb ki, kilsə və cəmiyyət arasında əməkdaşlıq dövlətin inkişafı üçün çox vacibdir. Konfrans sonra işini panel iclaslarda davam etdirib.  Toplantı iştirakçılarına ölkəmizdəki dövlət-din münasibətləri barədə məlumat verilib. Beynəlxalq tədbirdə hökumət və parlament, müxtəlif din və konfessiyaların nümayəndələri, xarici ölkələrin din xadimləri və digər şəxslər iştirak edib.


AZƏR MƏMMƏDOV