Qar yağacaq, temperatur enəcək

12 Fevral 2018 17:09

Fevralın 13-ə ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər arabir güclənən şimal küləyi əsəcək. Azərbaycan rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, axşam ayrı-ayrı yerlərdə intensiv olacağı pronozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.