Pulsuz tibbi müayinə başlayır

12 Fevral 2018 17:06

Fevralın 12-dən əhalisinin pulsuz tibbi müayinəsinə başlanılır. Proses mayın 12-dək davam edəcək. Respublika əhəmiyyətli tibb müəssisələrinin mütəxəssislərindən ibarət qruplar regionlara ezam olunacaqlar. Bildirilib ki, xəstəlik aşkar edilən şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunması, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.