Ermənilərdən növbəti oğurluq

12 Fevral 2018 16:02

Hər zaman Azərbaycan mahnılarını oğurlamaqla gündəmə gələn erməni müğənnisi Hayko Spitaklı bu dəfə də öz ənənəsinə sadiq qalıb. Dırnaqarası sənətkar bu günlərdə sosial şəbəkədə “Yeni erməni xiti” başlığı ilə “Qarun, qarun” nəğməsini təqdim edib. Lakin məlum olub ki, bu, Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın məşhur “Qal sənə qurban” mahnısının musiqisinin eynisidir. Mahının sözləri Mikayıl Müşfiqə, musiqisi isə Ələkbər Tağıyevə məxsusdur.