Erməni teleaparıcının dələduzluğu

10 Fevral 2018 18:13

Ermənistanın teleaparıcısı Diana Qriqoryan ABŞ-a getmək üçün saxta viza düzəldib satmaqda və dələduzluqda ittiham edilir. BŞ-ın Ədliyyə Nazirliyinin yaydığı məlumada bildirilir ki, Qriqoryan Nyu-Yorkda yaşayan Stella Boyadcyan və Qraçya Akopyanla cinayət əlaqəsinə girərək saxta vizalarla erməniləri ABŞ-a yola salıb. Hazırda araşdırma aparılır, cinayətkar dəstənin ABŞ-da yaşayan üzvləri həbs edilib. Ermənistanda bu xarakterdə cinayət hadisələrinin baş verməsi əslində təəccüblü deyil. Ölkədəki əhalinin 90 faizi buranı tək etmək istəyir və bu proses ildən-ilə sürətlənir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, internetin və yüksək texnologiyaların inkişaf etdiyi müasir dövrdə Ermənistan hakimiyyəti öz məqsədini gizlədib xalqı aldada bilmir. İstər Ermənistanda, istərsə də onun xaricində yaşayan bütün ermənilər artıq başa düşüblər ki, onların vətən hesab etdikləri ölkənin hakimiyyəti heç də milli maraqlara deyil, xarici qüvvələrə xidmət edir. Ermənistan bir dövlət kimi yox, terror təşkilatı kimi idarə edilir. Ölkədə heç kimin normal yaşamaq imkanı yoxdur. Gələcək perspektivdən isə danışmağa dəyməz. Ona görə də Ermənistanı tərk edənlər artır və yuxarıda göstərdiyimiz kimi, cinayətkar düşüncəli insanlar da bundan sui-istifadə edirlər.