Bayılda 4 ev uçdu

10 Fevral 2018 17:31

Bayıl yamacında baş verən sürüşmə nəticəsində 4 mənzil tamamilə uçub. Uçan evlər ilk sürüşmə zamanı çat verən tikililərdir. 50-yə yaxın evdə hazırda çatlar böyüyüb. Sakinlər sığınacaqlara yerləşdirilib. Hazırda ərazi polis əməkdaşları tərəfindən nəzarətə alınıb, sürüşmə zonasına sakinlər buraxılmır. Sakinlərin təhlükəsizliyi üçün tədbirlər görülür. Aidiyyatı qurumların, o cümlədən Fövqəladə Hallar Nazirliyinin, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri araşdırma aparırlar.