"Səssiz ölüm" can aldı

10 Fevral 2018 16:47

Sumqayıtda 35 yaşlı qadın dəm qazından dünyasını dəyişib. Hadisə şəhəriN 8-ci mikrorayon, ev 27A drob 16, mənzil 52 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 35 yaşlı Sevinc Qədimova hamam otağında yuyunarkən dəm qazından boğularaq ölüb. Onu huşsuz vəziyyətdə yaxınları aşkar edərək, dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırsalar da, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.