Həmsədrlər Dağlıq Qarabağda

10 Fevral 2018 16:35

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti, Endryu Şofer və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ ərazisinə gediblər. Vasitəçilər səfər çərçivəsində separatçı rejimin başçısı Bako Saakyanla görüşüblər. Danışıqlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər və iki ölkə sərhəddindəki vəziyyət müzakirə edilib. Regiona səfərləri çərçivəsində həmsədrlər fevralın 6 və 7-də Bakıda olublar.