AXC-nin 100 illiyi qeyd olundu

10 Fevral 2018 11:40

Rusiyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Məhəmməd Əmin Rəsulzadənin 134-cü doğum günü qeyd olunub. Bildirilib ki, Prezident İlham Əliyevin sərəncamı ilə həm Azərbaycanda, həm də ölkədən kənarda Cümhuriyyətin 100 illiyi ilə bağlı tədbirlər keçiriləcək. Vurğulanıb ki, bugünki müasir Azərbaycan məhz 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bildirilib ki, Məhəmməd Əmin Rəsulzadə kimi şəxslər hər bir dövlət üçün böyük dəyərdir. Ona görə də, onun xatirəsini əziz saxlamaq olduqca vacibdir. Daha sonra M.Ə. Rəsulzadənin həyat və fəaliyyətindən bəhs olunan film nümayiş etdirilib.