Sahibkarlara güzəştli kredit verildi

10 Fevral 2018 10:13

Sahibkar Elçin Carçıyev güzəştli kreditlərdən yararlananlar sırasındadır. Rəhbərlik etdiyi bir neçə zavod xaricə məhsullar icxrac edir. Onu bu gün 200 yaxın sahibkarla bir araya gətirən səbəb qeyri neft sektorunun inkişafı üçün yaradılan şəraitdən bir daha faydalanmaqdır. Sahibkarlığın güzəştli kreditləşdiriməsinə dair işgüzar forum çərçivəsində Qazax və ətraf rayonlardan olan sahibkarlara 150 dən artıq iş yerinin yaradılmasını nəzərdə tutan 2 milyon 200 min manat vəsait verildi. Forumda qeyd olundu ki, hazırda aqroparkların yaradılması əsas hədəflərdəndir. Ölkədə 28 rayonda 183 min hektar ərazidə 43 aqropark yaradılır. Bu il 15 aqropark istifadəyə veriləcək. 386 milyon manat dəyərində olan 15 aqroparkın yaradılmasına  103 milyon 600 min manat güzəştli kredit verilib. Qazaxda isə 850 ha ərazidə kartofçuluq üzrə aqropark yaradılır. Bununla bağlı işlərə ilkin mərhələdə 2 milyon manat güzəştli kredit verilib.


KƏBİRƏ TAĞIYEVA