6 qeyri-leqal miqrant saxlanıldı

09 Fevral 2018 17:29

6 qanunsuz mühacir saxlanılıb. Dövlət Miqrasiya Xidməti tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, Bakı şəhərində Qərbi Kaspi Universitetinin hazırlıq kursunda təhsil alan Hindistan vətəndaşı Verma Dalip Kumar sosial şəbəkələrdən istifadə etməklə əcnəbilərin Azərbaycana gətirilməsi və burada yerləşdirilməsini təşkil edib, onların müvəqqəti yaşama üçün icazə vəsiqələri ilə təmin olunmasına dair vədlər verib. Verma Dalip Kumar 3 nəfər Nepal vətəndaşından ilkin mərhələdə 2500 ABŞ dolları məbləğində pul vəsaitini alaraq mənimsəyib. Keçirilən tədbirlər zamanı ölkə ərazisində qanunsuz yaşayan 1 nəfər Nigeriya vətəndaşı da saxlanılıb. Əcnəbinin təhlükəli yoluxucu xəstəlik daşıyıcısı olduğu məlum olub.