Tələbələrə xəbərdarlıq

09 Fevral 2018 14:24

Bu ildən etibarən hər hansı ali məktəbə və ya ixtisasa köçürülməsinə icazə verilən tələbənin sonradan bundan imtina etmək haqqı ləğv edilib. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Qurumdan bildirilib ki, bu il tələbə köçürmələri ilə bağlı edilən müraciətlərin sayı ötən illə müqayisədə kifayət qədər artıb. Tələbə köçürmələri üçün bakalavriat səviyyəsi üzrə müraciətlərin sayı 970-dən, magistratura səviyyəsi üzrə 74-dən, orta ixtisas təhsili üzrə isə 340-dan çoxdur. Bu il magistratura səviyyəsi üzrə də tələbə köçürülməsinə yalnız I tədris ilində icazə verilir.