Xalq artisti Zərnigar Ağakişiyeva vəfat etdi

09 Fevral 2018 10:03

Xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında dünyasını dəyişib. Sənətkar ürək tutmasından vəfat edib. O, indiyə kimi Xuraman, Şəfəq,  Zivər, Kərbəlayi Fatma kimi yaddaqalan obrazlar yaradıb. 1982-ci ildə əməkdar artist, 2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 2014-cü ildə Şöhrət ordeni ilə təltif edilib. Prezident təqaüdçüsü idi. Allah rəhmət eləsin!