Yeni əməkdaşlıq platforması yaradıldı

08 Fevral 2018 18:19

Baltikyanı dövlətlərin və Orta Asiyadakı 15 ölkənin iştirakı ilə müəllif hüquqları sahəsində yeni əməkdaşlıq platforması yaradılır. Azərbaycanın da qatıldığı platformanın əsas məqsədi tərəfdaş ölkələrdəki müəllif hüquqları tətbiqlərinin mövcud vəziyyətini müəyyənləşdirmək, həmçinin bu mövzuda məlumatların paylaşılmasını sürətləndirməkdir. Konfransda həmçinin müəllif hüquqları proqramları, qanuni tənzimləmələr, problemlər, fiziki və rəqəmsal piratçılıqla mübarizə üsulları barədə geniş müzkirələr aparılıb.