Zəncirvari qəza: yaralılar var

08 Fevral 2018 16:42

Bakıda zəncirvari qəza baş verib. Emil Bəkirov idarə etdiyi "Toyota" markalı avtomobillə 28 May küçəsi ilə yüksək sürətlə hərəkət edərək, Rəşid Behbudov küçəsində işıqforun qırmızı işığında yolu keçib. Nəticədə onun idarə etdiyi nəqliyyat vasitəsi işıqforun yaşıl işığında yolu keçən, Rafiq Rzayevin sükanı arxasında olduğu "Mercedes"ə çırpılıb. Daha sonra isə yol kənarında dayanan digər bir Mercedes və "Vaz 2104" markalı avtomobillərə dəyərək dayanıb. Toqquşma zamanı Rafiq Rzayevin idarə etdiyi "Mercedes"in ön oturacağında əyləşən sərnişin açıq pəncərədən yerə düşərək xəsarət alıb. Sürücü və digər sərnişin də xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yararsız hala düşən avtomobillər cərimə meydançasına aparılıb. Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib. Araşdırmalar davam edir.