25 yaşlı gənc bıçaqlandı

08 Fevral 2018 16:37

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. Rayon sakini, 25 yaşlı Nuran Abbaslı qarın nahiyəsinin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Abbaslının kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki məlum deyil. Faktla bağlı araşdırma aparılır.