Zəhərlənmələrə səbəb nədir?

08 Fevral 2018 09:26

Təkcə son bir həftə ərzində 26 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Müraciətlər 70 faizi şəhərin "Gecəqondu" məhəlləsi adlanan yaşayış massivindən olub. Onlardan 2-nin vəziyyəti ağır olub və bu xəstələrin həyatı son anda xilas edilib. Xəstəxananı terapiya şöbəsinin müdiri Elşad Əhmədəliyev ARB24-ə açıqlamasında bildirib ki, son bir hətə ərzində şəhərin "Betonzavod" adlanan yaşayış massivində 1 nəfər hamilə qadın isə dəm qazından zəhərlənərək dünyasını dəyişib. Şöbə müdiri qeyd edib ki, həmin şəxs xəstəxanaya gətirilərkən ölmüş vəziyyətdə olub. Həkim xəstələrin sağlamlıqlarına biganə yanaşdığından da söz açıb. Dəm qazından zəhərlənənlərin sayının artacağı istisna olunmur.


RAMİL ZEYNALLI