Piyadanı maşın vurdu

06 Fevral 2018 18:08

Gəncə sakinini Şəmkirdə avtomobil vurub. 62 yaşlı Roza Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə əvvəlcə Şəmkir rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Yaralıya tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.