Barmenin peşə sirri...

06 Fevral 2018 14:41

Bar -1 ingilis sözüdür. Spirtli, spirtsiz, soyuq, isti içkilərin hazırlanıb verildiyi yer anlamına gəlir. Bu məkanda işləyən kişidirsə ona barmen, qadındırsa barmaid deyirlər. Hər işdə olduğu kimi barda çalışmağın da özünəməxsus özəllikləri var. Qəhrəmanım Cavid Babayev 15 ildir ki, barmen işləyir. Deyir müştərilərə müxtəlif içkilərin qarışığından kokteylləri hazırlamaqla bərabər onu gözəl şəkildə təqdim etməyi də bacarmaq lazımdır. Bunun üçün barda işləyən şəxsin həm də yüksək fantaziyası olmalıdır. Qəhrəmanım deyir ki, hazırlanan kokteyllərin sayı dünyada 200-dən çoxdur. Onlardan 65-i klassik hesab edilir. Klassik kokteylləri də zamanında barmenlər yaradıb və hazırki dövrümüzdə olduğu kimi qəbul edilir, tərkibi dəyişdirilmir. Amma elə kokteyllər də var ki, onda hər barmenin öz sirri var. Barmen və ya barmaid olmaq ilk baxışdan asan görünsə də, onun üçün də xüsusi istedad lazımdır. Barlardakı musiqinin ritmi ilə müştərilərə xidmət etməyi bacarmaq da hər kəsin işi deyil. Hər il fevralın 6-ı Beynəlxalq Barmenlər Günü kimi qeyd edilir. Bu peşə bayramı ilk dəfə 2008-ci ildə Ukraynada təsis edilib. Bir il sonra Rusiyada da qeyd edilməklə daha kütləvi şəkil alıb.


SAMİR NAMİQOĞLU