Oğul atasını döydü

06 Fevral 2018 14:28

Bakıda döyülmə faktı qeydə alınıb. Hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib. 44 yaşlı Mübariz Əhmədov Rəşid İsmayılov küçəsində naməlum şəraitdə döyülüb. O, baş və boyun nahiyələrindən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb. Amma xəsarətləri ağır olduğundan həkimlər onun həyatını xilas edə bilməyib və Mübariz Əhmədov dünyasını dəyişib.


Daşkəsən rayonunda isə oğul atasına xəsarət yetirib. Rayonun Xoşbulaq kənd sakini, 72 yaşlı Sabir Əliyev müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona müvafiq tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Sabir Əliyevin sözlərinə görə, oğlu ona dəmir parçası ilə zərbələr endirib. Faktlar araşdırılır.