Sumqayıtda fəal gənclər mükafatlandırıldı

03 Fevral 2018 14:12

Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan siyasətdir və bu sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bu fikirlər Sumqayıtda Gənclər Gününə həsr olunan mərasimdə səsləndirilib. Çıxışlarda Sumqayıt gənclərinin sosial-iqtisadi, ictimai-mədəni, idman həyatında böyük bir qüvvə kimi göstərdikləri fədakarlıqdan söhbət açılıb. Vurğulanıb ki, gənclərin bir sıra layihələrin hazırlanması və icrasında iştirakı artıq geniş miqyas alıb. Mərasimdə şəhərin ictimai həyatında, təhsil və idman sahələrində nailiyyətlərə imza atan bir qrup gəncə fəxri fərmanlar təqdim olunub.


RAMİL ZEYNALLI