Sürücülərin əhəmiyyət vermədiyi təhlükə

03 Fevral 2018 10:26

Onlarla avtomobil saxlanıldı, protokollar yazıldı. Başlıca səbəbi yenə də dəyişməz olaraq qalır. Sürücülər polisləri görə-görə qaydalardan kənara çıxır. Bu sanki onlar üçün adi haldır - necə gəldi avtomobil idarə edib hərəkət etmək,  hələ üstəlik özünü haqlı sayaraq mübahisə yaratmaq. Bütün bunlar demək olar ki, hər gün təkrarlanır. Səbəbini soruşanda isə təbəssümlə kifayətlənməli olduq. Bu sürücü isə təhlükəsizlik kəmərindən istifadə etmədiyi azmış kimi üstəlik, kameramıza da müdaxilə etməkdən çəkinmir... Yoxlama zamanı o da məlum oldu ki, səbəbsiz yerə etiraz edən sürücü avtomobili etibarnaməsiz idarə edir. Çəkiliş zamanı daha bir sürücünün ödənilməyən 2 cəriməsi olduğundan avtomobili cərimə meydançasına aparıldı. Necə deyərlər, yağışdan çıxıb yağmura düşdü. Reyd zamanı ümumilikdə 20-yə yaxın sürücü cərimələnərək yoluna davam etdi. Yolunuz açıq olsun, yoldaş sürücülər. Bircə çalışın insan həyatına biganə qalmayın. Axı yol hərəkət qaydalarını şərtləndirən başlıca amil insanların təhlükəsizliyidir.


 

GÜNDÜZ MƏMMƏDOV