89 qanunsuz miqrant saxlanıldı

03 Fevral 2018 09:38

Paytaxtın Sabunçu və Binəqədi rayonlarında qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı Hindistanın  89 vətəndaşı saxlanılıb. Araşdırma zamanı həmin əcnəbilərin viza ilə ölkəyə daxil olduqları, 36 nəfərin yaşadığı yer üzrə qeydiyyatının olmadığı, 31 nəfərin ölkədə viza müddətinin bitdiyi, 19 nəfərin Azərbaycana gəlişlərinin bəyan edilən məqsədlərini pozduqları və 1 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı aşkarlanıb. Qeyd olunan əcnəbilərin qanunsuz əməlləri sübuta yetirilib, faktlar öz təsdiqini tapıb və mövcud qanunsuz miqrasiya kanalı tamamilə ifşa edilib.