Magistraturaya sənəd qəbulu başladı

02 Fevral 2018 14:21

Dövlət İmtahan Mərkəzi 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyasının magistraturalarına qəbul elan edir. Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu fevralın 2-dən 12-dək internet vasitəsi ilə aparılır. Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələ 2018-ci il fevralın 25-də, ikinci mərhələ isə iyunun 3-də keçiriləcək.