Nazirlər arasında telefon danışığı oldu

02 Fevral 2018 14:14

Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Elmar Məmmədyarov və Sergey Lavrov ikitərəfli münasibətlər, beynəlxalq və regional gündəliyə dair aktual məsələləri müzakirə ediblər.