Tovuzda bank yandı

01 Fevral 2018 15:00

Tovuzda yerləşən banklardan birində yanğın hadisəsi baş verib. Olay səhər saatlarında qeydə alınıb. Əraziyə çağırılan yanğın söndürənlər alovun genişlənməsinin qarşısını alıblar. Bankdan verilən məlumata görə, yanğın mətbəxtdə başlayıb. İlkin ehtimala görə hadisəyə elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Hazırda olayın dəqiq səbəbləri araşdırılır.


GÜNDÜZ MƏMMƏDOV