Fevral ayının hava proqnozu açıqlandı

31 Yanvar 2018 16:27

Fevral ayına olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı proqnozlaşdırılır. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 4-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı ehtimal edilir ki, bu da iqlim normasına yaxındır.