Tovuz sakini dəm qazından zəhərləndi

31 Yanvar 2018 16:24

Tovuzda 69 yaşlı kişi dəm qazından zəhərlənib. Yuxarı Öysüzlü kənd sakini Ələddin Məmmədov yaşadığı evdə yatarkən qaz sobası sönüb. Otağa dolan dəm qazından halı pisləşən kənd sakini yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstırildikdən sonra səhhəti normallaşıb.