DSX uğurlu əməliyyat reallaşdırdı

30 Yanvar 2018 16:32

Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Qurumun sərhəd gözətçi gəmisi tərəfindən Xəzər dənizində Astara rayonu istiqamətində sahildən 6,6 mil məsafədə su səthində kustar üsulla düzəldilən buya baxış keçirilib. Bu zaman qəhvəyi rəngli kisədə salafan materiala bükülmüş 2 ədəd bağlama və onun içərisində 2,9 kq tiryək, 550 qram heroin və 100 qram metafitamin aşkar olunub. Bundan əlavə qabaqlayıcı əməliyyat məlumatının realizəsi nəticəsində “Şaxtaxtı” sərhəd nəzarəti məntəqəsində saxta sənədlər ilə Azərəbayəcandan İrana keçmək istəyən 7 nəfər Özbəkistan vətəndaşı saxlanılaraq Dövlət Miqrasiya Xidmətinə təhvil verilib. Faktlar üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.