19 uşaq Azərbaycana gətirilir

29 Yanvar 2018 14:07

"İraq və Suriyada olan 19 azərbaycanlı uşaq bu yaxınlarda Azərbaycana gətiriləcək". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov deyib. O bildirib ki, onların gətirilməsi ilə bağlı texniki məsələlər artıq öz həllini tapıb. Səyavuş Heydərovun sözlərinə görə, hazırda Suriya və İraqda 300-dən çox azərbaycanlı qadın və uşağın olması barədə məlumatlar var, ancaq bu, dəqiq rəqəm deyil. Sədr müvaini onu da deyib ki, İraq və Suriyada radikal qrupların tərkibində döyüşlərdə iştirak edən 92 nəfər ölkəyə gətirilərək məsuliyyətə cəlb olunub.