"Sehrli papaq" nümayiş olundu

29 Yanvar 2018 10:39

Heydər Əliyev adına Tbilisi Azərbaycan Dram Teatrı Marneuli şərində "Sehirli papaq" tamaşasını nümayiş etdirib. Yaradıcı Gənclər Akademiyasının təşkilatçılığı ilə reallaşan səhnə əsərinin qurluşçu rejissoru Varlam Nikoladzedir. Tamaşadakı hadisələr 1905-ci illərə təsadüf edir. Süjet xəttində sehirli papaq taparaq görünməz olan və beləliklə də pul qazanıb sevdiyi qıza qovuşan gəncdən bəhs edir. Səhnə əsərində rolları Fazil Bayramov, Binəli Akifov, Leyla Qasımova, Şeyla Cəfərova və Aidə Tağıyeva ifa ediblər. Tamaşanın sonunda yaradıcı gənclər adından teatrın kollektivinə mükafat və diplomlar təqdim olunub.


AZƏR MƏMMƏDOV