Amerikalı diplomatdan D.Qarabağ açıqlaması

27 Yanvar 2018 15:24

"Kreml Cənubi Qafqazda çox həyasız siyasət yerinə yetirir. Moskva Dağlıq Qarabağda sülh yaradılmasında maraqlı deyil. Rusiya münaqişə zonasındakı gərginlikdən Cənubi Qafqaza maksimum şəkildə təsir göstərmək üçün istifadə edir". Bu barədə ABŞ-ın Özbəkistan və Ukraynadakı keçmiş səfiri Con Herbst danışıb. Onun fikrincə, Moskvanın Cənubi Qafqazda siyasətinin mahiyyəti Rusiyanı İrəvan və Bakı üçün vacib və əvəzsiz ölkəyə çevirməkdir. Amerikalı diplomat hesab edir ki, Birləşmiş Ştatlar heç zaman münaqişənin həlli üçün lazımı diqqəti göstərməyib və Moskvanın bu məsələdəki daha vacib rolunu qəbul etməsi də bu baxımdan təəccüblü deyil. Münaqişə tərəflərinə təsir etmək qabiliyyəti olan yeganə ölkə kimi Rusiya öz növbəsində vəziyyətə nəzarət etmək istəyir. Kreml bölgədə gərginlik olmasının tərəfdarıdır, ancaq müharibə istəmir. Herbts əvvəlki administrasiyalarda olduğu kimi, Tramp hakimiyyətinin də məsələnin həllində uğur qazana bilməyəcəyini bildirib. Sonda amerikalı diplomat ermənilərin Dağlıq Qarabağ münaqişəsində radikal mövqe nümayiş etdirməklə özlərini olduqca xoşagəlməz bir reallıqla üzləşdirməsinə və gələcəklərini məhdudlaşdırmasına təəssüf etdiyini bildirib.