Az qaldı ki, müxbiri vursun...

27 Yanvar 2018 12:36

Həmişəki kimi, görünən mənzərə yenə də ürəkaçan deyil. Deyilənlərlə razılaşmayıb əsəblərinə hakim ola bilməyən sürücülər vəziyyəti öz xeyirlərinə dəyişməyə çalışsalar da bu cəhdləri uğursuz oldu.Yol hərəkəti qaydalarına özlərinə sərf edən prizmadan yanaşan sürücülər, demək olar ki, nişanların tələblərinə məhəl qoymur. Kim bilir, bəlkə bu, onların işinə yarayır. Amma əziyyət çəkən qarşı tərəfdir. Məsələn, bu sürücü az qalsın çəkiliş vaxtı əməkdaşımızı piyada keçidinin üzərində vursun. Qarşı tərəf isə heç nə olmamış kimi özünə haqq qazandırmağa çalışdı. Sənədlərinin yoxlanışı zamanı məlum oldu ki, sürücünün ödənilməyən cərimələri var. Elə buna görə də onun avtomobili cərimə dayanacağına aparıldı. Reyd zamanı o da məlum oldu ki, sürücülərin böyük əksəriyyəti avtomobillərini qış rejminə hazır vəziyyətə gətirməyiblər. Yol polisi bir daha sükan sahiblərinə səsləndi. Hər halda ciddi xəbərdarlıqdır. Nəticə çıxartmağa dəyər. Hörmətli sürücülər, elə edin ki, yollar həm siz, həm də piyadalar üçün təhülkəsiz olsun! 


GÜNDÜZ MƏMMƏDOV