Bu marşrut xətti bağlandı

27 Yanvar 2018 09:59

Sumqayıtdan Saray qəsəbəsinə və əks istiqamətdə işləyən 522 nömrəli marşrut xətti bağlanıb. Yeni Saray adlanan ərazidən gələn sakinlər Sumqayıta gəlib getməkdə çətinliklə üzləşirlər. Vəziyyət daha çox məktəblillər üçün problemə çevrilib. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional Şöbəsindən isə bildirilib ki, sözügedən nəqliyyat vasitələri xırda tutumludur və istismar müddətini başa vurub. Odur ki, daha iri həcimli avtobuslarla əvəz olunması nəzərdə tutulub.


RAMİL ZEYNALLI